Son mövsümü “İqtisadçı”da oynayan və Azərbaycan Super Liqasının simvolik yığmasında yer alan Manon Flierin adı Hollandiya milli komandasının heyətindən çıxarılıb. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın baş məşqçisi Gido Vermeulen təlim-məşq toplanışı üçün Bolqarıstana yollanacaq “15-liyə” onun adını daxil etməyib.
Təcrübəli mütəxəssis buna hücumçunun təcrübəsini əsas gətirərək, gəncləri sınaqdan çıxarmaq istəyi ilə izah edib. O bildirib ki, Flierin xırda zədələri var və o bunun müalicəsi ilə məşğuldur. Lakin Manonun dünya çempionatına yollanacaq komandada yer alacağı gözlənilir.
Qeyd edək ki, hollandlar hazırlıq çərçivəsində Avro-2015-də Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması ilə 3 yoxlama oyunu da keçirəcək.
“İqtisadçı”nın oyunçusu yığmadan kənarlaşdırıldı
13.05.2014 - 17:26
0
0