“Azərbaycana qarşı keçirdiyim ilk oyun həyəcan və əsəb gərginliyi ilə dolu idi. Bu da kənardan aşkar görünürdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət voleybol üzrə Latviya yığmasının baş məşqçisi Andrey Odinokov deyib.
O, Avropa çempionatının II seçmə mərhələsinin Azərbaycanla oyununa şəeh verib: “Matça yaxşı hazırlıqlı idik. Taktiki cəhətdən oyuna tam hazır olmağımız nəticədə əksini tapdı. Yekun nəticə yaxşı olsa da, çox sayda bağışlanmaz səjvlər buraxdıq. Sabahkı səhər məşqində çatışmazlıqları aradan qaldırıb, növbəti qarşılaşmalarda daha yaxşı oynamalıyıq”.
Qeyd edək ki, Latviya millisi yığmamızı 3:1 hesabı ilə məğlub edib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq