“Azərbaycan yığmasını Ukraynada görmək istəyirdik”
07.05.2014 - 10:36
“Azərbaycan yığmasını Ukraynada görmək istəyirdik”

“Bu, bizim komandamızın beynəlxalq oyunlara ikinci səfəri idi. Əvvəlcə uşaqlar Polşada oldu. İndi isə Azərbaycanda”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Barkom-Kajani” klubunun məşqçisi Vladislav Lazarçuk deyib.

 

Lazarçuk komandanın saytına aprelin 30-dan olduqları Bakı səfəri haqqında danışıb. Onun sözlərinə görə, yığmamız Ukraynadakı beynəlxalq turnirə dəvət olunub: “Bu səfər voleybolçulara öz güclərinə əminlik artırdı. Beynəlxalq idman meydanlarında çıxış təcrübəsi öz ustalığını təkmilləşdirmək və Ukrayna çempionatına hazırlaşmaq üçün yaxşı stimuldur. Azərbaycan yığmasını sentyabrda keçiriləcək “Lvov Kuboku”nda görmək istəyirdik. Ancaq təəssüf ki, həmin vaxt azərbaycanlı oyunçular çıxış etdikləri klubların heyətində oyunlara hazırlaşacaq”.

 

Qeyd edək ki, Ukrayna klubu ölkəmizdə olduğu 5 gün müddətində kişi voleybolçulardan ibarət yığmamızla 3 yoldaşlıq oyunu keçirib. 5 set üzrə keçirilən görüşlərin 2-də yığmamız (3:2, 3:2) və 1-də “Barkom-Kajani” (4:1) qalib gəlib.