Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Azərreyl” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın 1:3 hesabı ilə uduzduğu qarşılaşmanın bombardiri Elitsa Vasilyeva olub.
Qonaqların bolqarıstanlı legioneri Bakı təmsilçisini 19 dəfə cəzalandırıb.
“Azəryol”da isə Madison Kinqdon fərqlənib. O, komandamıza 16 xal qazandırıb. Bülənt Karslıoğlunun digər yetirmələrindən Hali Ekerman 15, Odina Bayramova 12, Straşmira Filipova 7, Cessika Cons (Susan) 6, Nutsara Tomkom 5, Natalya Valentinlə Valeriya Məmmədova hərəyə 1 xal toplayıb.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə