“Azərreyl”in ilkin heyətini açıqladı
01.10.2015 - 09:09
“Azərreyl” Çempionlar Liqası üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” hələlik 6 voleybolçunun adını sifariş edib.
Bunlar Nikalina Başnakova, Odina Bayramova, Nisəxanım Həzrətli, Valeriya Məmmədova, Anastasiya Muzika və Kseniya Poznyakdı.
Komandanın digər üzvlərinin adları isə bu günlərdə sifariş ediləcək. Hazırda onların lisenziya alınması prosesi gedir.
Qeyd edək ki, bu arada komandanın baş məşqçisi Bülənt Karslıoğlunun köməkçisi də müəyyənləşib. Klubda ikinci məşqçi funksiyasını Famil Ağayev yerinə yetirəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0