“Azəryol” – “Dinamo” oyununun başlama saatı açıqlandı
27.02.2016 - 11:46
Qadın voleybolçular arasında CEV kubokunda mübarizə aparan Bakının “Azəryol” klubunun Krasnodar “Dinamo”su ilə ev oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin martın 12-də baş tutacaq cavab oyunu saat 18:00-da start götürəcək.
Görüş “Azərreyl” İdman Bazasında keçiriləcək. Komandalar arasında Rusiyada baş tutacaq ilk matçın başlama saatı ilə hələlik bəlli deyil. Krasnodardakı qarşılaşma martın 8-də keçiriləcək.
0
0