“Azəryol”un sifarişi
03.10.2015 - 12:45
“Azəryol” CEV kuboku üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1/16 finalda Rumıniyanın “Tarqovitse” klubu ilə oynayacaq Bakı təmsilçisi 6 voleybolçu sifariş edib.
Bunlar Yelena Parxomenko, Yekaterina Jidkova, Şəfaqət Həbibova, Çinarə Quliyeva, Aynur Kərimova və Leyla Parşkovadı.
Komandanın digər üzvlərinin adları isə bu günlərdə sifariş ediləcək. Hazırda onların lisenziya alınması prosesi gedir.
Qeyd edək ki, komandanı yeni mövsümdə oyunlara Aleksandr Çervyakov çıxaracaq. Ona köməkliyi isə Ziya Rəcəbov edəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0