“Salo”ya qarşı ilk görüşümüzü səfərdə keçirdik və inamlı qələbə qazandıq. Bu bizə çox əhəmiyyətli idi”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Marin Apitz deyib.
Komandasının kapitanı CEV kubokunun 1/8 final mərhələsində Finlandiyanın “Salo” klubu ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, səfərdə baş tutan qarşılaşmada 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, cavab görüşündə ehtiyatlı olmalıdılar: “Komanda yoldaşlarımın adından deyə bilərəm ki, biz cavab oyununda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki hamımız növbəti mərhələyə yüksəlmək istəyirik. Voleybol komanda oyunu olduğundan hər birimiz qələbə üçün çalışacağıq”.
Qeyd edək ki, sabah baş tutacaq “Salo” – “Azəryol” görüşü saat 18:00-da başlayacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə