“Azəryol”un oyununun başlama saatı dəyişdirildi
04.02.2016 - 12:09
“Azəryol”un oyununun başlama saatı dəyişdirildi

Azərbaycan Voleybol Federasiyası Super Liqada növbəti dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, qurum çempionatın XV tur çərçivəsində keçiriləcək “Azəryol” – “Telekom” görüşünün başlama saatını dəyişib.

 

Fevralın 6-da baş tutacaq qarşılaşma saat 16:00-da deyil, 17:00-da start götürəcək.

 

Qeyd edək ki, matç “Azərreyl” İdman Bazasında oynanılacaq.