“Bakı” 11 xal fərqi ilə uduzdu
10.03.2016 - 20:17
“Bakı” 11 xal fərqi ilə uduzdu

Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatında bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçı XII turdan təxirə salınmış NTD BK - “Bakı” görüşü olub.

 

Birinciliyin favoritləri hesab olunan komandaların qarşılaşması gərgin mübarizə şəritində keçib. Görüş turnir cədvəlinin birinci pilləsində qərarlaşmış NTD BK-nın 72:61 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticə ilə xalını 22-ə çatdıran meydan sahibləri ən yaxın rəqibi AzTOP-u 2 xal qabaqlayaraq liderliyini möhkəmləndirib.

 

“Bakı” isə məğlub olmağına baxmayaraq, turnir cədvəlində bir pillə irəliləyə bilib və üçüncülüyə yüksəlib. Paytaxt klubunun bir oyun az keçirdiyini nəzərə alsaq, onların növbəti turlarda xal ehtiyatını daha da artıracağını düşünmək olar.

 

XXII turdan təxirə salınan oyun

NTD BK – “Bakı” – 72:61

 

Turnir cədvəli

 

yer

komanda

O

Q

M

T/F

X

1

NTD

12

10

2

958-677

22

2

AzTOP

12

8

4

913-736

20

3

Bakı

11

8

3

891-809

19

4

Baku Oilers

12

7

5

867-794

19

6

Dərviş

12

6

6

813-771

18

5

Sıçrayış

11

6

5

820-747

17

7

Araz

12

2

10

715-843

14

8

BDU

12

0

12

553-1131

12