Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, birincilikdə 3 qarşılaşma baş tutub.
“Sıçrayış” BK üzərində qələbə qazanan AzTOP müvəqqəti də olsa, ikinci yerə yüksəlib. Turun digər - "Baku Oilers" – "Araz" matçında da qalib gəlmək nominal ev sahiblərinin işinə yarayıb. Naxçıvan təmsilçisini məğlub edən komanda 3-cü yerə qalxıb. "Dərviş" də autsayder BDU üzərində qələbə qazanmaqda çətinlik çəkməyib və 1 pillə irəliləyib.
Bu yerdəyişmələrə səbəb NTD BK - “Bakı” matçını təxirə salınmasıdı. Ötən tur “Sıçrayış”la oyunu baş tutmayan “Bakı”nı bu dəfə oynamadığında rəqiblərini özündən irəli buraxıb. Təxirə salınan qarşılaşmaların həftəiçi oynanılması gözlənilir.
XII tur
"Dərviş" – BDU – 111:74
AzTOP - "Sıçrayış" BK – 76:69
"Baku Oilers" – "Araz" – 83:52
"Bakı" – NTD BK matçı təxirə salınıb.
|
yer |
komanda |
O |
Q |
M |
T/F |
X |
|
1 |
NTD |
11 |
9 |
2 |
886-616 |
20 |
|
2 |
AzTOP |
12 |
8 |
4 |
913-736 |
20 |
|
3 |
Baku Oilers |
12 |
7 |
5 |
867-794 |
19 |
|
4 |
Bakı |
10 |
8 |
2 |
830-737 |
18 |
|
6 |
Dərviş |
12 |
6 |
6 |
813-771 |
18 |
|
5 |
Sıçrayış |
11 |
6 |
5 |
820-747 |
17 |
|
7 |
Araz |
12 |
2 |
10 |
715-843 |
14 |
|
8 |
BDU |
12 |
0 |
12 |
553-1131 |
12 |