“Azəryol”la oyun möhtəşəm alındı. Eyni zamanda, çətin və gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Muşina” klubunun baş məşqçisi Boqdan Servinski deyib.
Təcrübəli mütəxəssis CEV kubokunun 1/4 finalında “Azəryol”la ilk oyunu şərh edib. O bildirib ki, 3:2 hesabı ilə qalib gəlmələrində yetirmələri əsl əzmkarlıq nümayiş etdiriblər: “Matçın gedişində 1:2 hesabı ilə geri düşməyimizə baxmayaraq, yekunda qələbə qazana bildik. Bizim üçün vacib olan budu. Əlbəttə, tay-brekdə qalib gəlməklə, rəqibə 2 set verdik. Lakin cavab matçını aktivimizə yazıb, mərhələ adlaya bilərik. Hər şeyə Bakıda aydınlıq gələcək”.
Qeyd edək ki, komandalar arasında ikinci oyun yanvarın 26-da paytaxtımızda olacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə