“Fənərbaxça” Bakı klubu ilə oyun öncəsi qələbə qazandı
30.10.2015 - 09:39
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Telekom”un rəqibi olan “Drezdner” (Almaniya) “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, oyun İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb.
“Fənərbaxça” ilk turda rəqibini 3:1 (25:17; 26:24; 19:25; 25:12) hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bakıda oynayan “Telekom” Polşa “İmpel”inə 0:3 hesabı ilə uduzub. II turda isə Azərbaycan təmsilçisi “Fənərbaxça” ilə üz-üzə gələcək. Görüş noyabrın 11-nə təsadüf edəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0