“Lokomotiv” şəhidlərimizi andı
20.01.2016 - 15:43
20 Yanvar faciəsinin 26-cı il dönümü münasibətilə "Lokomotiv" Şəhidlər Xiyabanını ziyarət edib. Klubdan apasport.az saytına verilən məlumata görə, klubun rəhbərliyi, məşqçi və voleybolçu heyəti Vətən yolunda canını qurban verən şəhidlərimizin ruhuna ehtiramlarını bildiriblər.
Ziyarət zamanı əcnəbi oyunçulara 20 yanvar günü baş verənlərlə bağlı xatirələr danışılıb, həmin şərəfli günün xalqımızın yaddaşından silməyəcəyi vurğulanıb. Həmçinin onlara bu qətliamın Azərbaycan tarixindəki önəmi, xalqımızın həmin dönəmdə nümayiş etdirdiyi birlik barədə məlumat verilib.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0