“Lokomotiv”in mümkün rəqiblərinin oyununda 5 set
11.02.2016 - 09:30
“Lokomotiv”in mümkün rəqiblərinin oyununda 5 set

Qadın voleybolçular arasında Çempionlar Liqasında 1/6 final mərhələsinin ilk oyunları çərçivəsində 5 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, İsveçrənin “Volero” klubunu 3:2 (25:21, 22:25, 25:23, 20:25, 16:14) hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi “Lokomotiv”in potensial rəqibinin müəyyənləşdiyi cütdə də ilk görüş baş tutub.

 

Mərhələ keçəcəyi halda, paytaxt klubuna rəqib olacaq komanda Türkiyə derbisində bəlli olacaq. Bu komanda olmağa isə “Vakıfbank” daha yaxındı. Onlar “Əczaçıbaşı” ilə ilk görüşü səfərdə keçirsə də, 5 set davam edən oyunda qələbə qazanıb.

 

3:2 (27:25, 18:25, 10:25, 25:14, 15:10) hesabı ilə qalib gələn “Vakıfbank” 1/3 finala doğru ilk addım atıb. Fevralın 24-də keçiriləcək cavab oyununda “Lokomotiv”in mümkün rəqibi bəlli olacaq.