“Nou Kamp”ın adı dəyişdiriləcək
09.09.2015 - 11:07
“Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun adı dəyişdiriləcək. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu bundan əlavə pul qazanacaq.
Belə ki, “Barselona” rəhbərliyi 250 milyon avro qarşılığında stadionun adının 10-15 il müddətinə dəyişdirilməsinə razıdı.
La Liqa təmsilçisi həmin məbləği arenanın yenidən qurulmasına xərcləmək niyyətindədi.
Qeyd edək ki, bir müddət öncə “Nou Kamp”ın adına “Qatar Airways” aviaşirkətinin adının əlavə olunacağı bildirilirdi.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
0
0