“Sakitcə qaldıq, bizə veriləcək əmrləri gözlədik”
14.11.2015 - 12:58
“Sakitcə qaldıq, bizə veriləcək əmrləri gözlədik”

Fransa və Almaniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşü (2:0) zamanı stadion yaxınlığında partlayışın baş verməsi qonaq komandanı təəccübləndirib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Bundestimin üzvləri hələ də baş vermiş hadisənin şokundadılar.

 

Komandanın baş məşqçisi Yoahim Löv də partlayışla bağlı açıqlama verib: “Hadisə ilə bağlı bizə paltardəyişmə otağında məlumat verdilər. Sakitcə qaldıq, nə edəcəyimizlə bağlı bizə veriləcək əmrləri gözlədik. Şəxsən mənim üçün bu cür vəziyyətdə idman heç bir önəm kəsb etmir. Bu məğlubiyyət hamımız üçündü. Şokdayıq”.