Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, V tur çərçivəsində “Telekom”un rəqiblərindən “Dresdner” (Almaniya) “İmpel”lə (Polşa) üz-üzə gəlib.
Görüş polşalıların qələbəsi ilə başa çatıb. “Dresdner”in gücü 1 setə çatıb – 1:3.
Almaniya çempionunun xal qazana bilməməsi daha çox Bakı klubunun işinə yarayıb. Aktivində 2 xalı olan “Telekom” qarşıdakı 2 görüşdə 6 xal toplayarsa və rəqibləri “quru hesabla” uduzarsa, “Fənərbaxça”nın ardınca pley-offa yüksələcək. Komandamızın istənilən hesabla məğlubiyyəti isə avrokubokla vidalaşmasına səbəb olacaq.
E qrupu
“Dresdner” (Almaniya) - “İmpel” (Polşa) – 1:3 (23:25; 27:29; 25:15; 19:25)
|
1 |
Fənərbaxça |
4 |
4 |
0 |
12-3 |
354-277 |
11 |
|
2 |
Dresdner |
5 |
3 |
2 |
11-10 |
462-451 |
7 |
|
3 |
İmpel |
5 |
2 |
3 |
8-10 |
382-410 |
7 |
|
4 |
Telekom |
4 |
0 |
4 |
4-12 |
302-362 |
2 |
Qeyd edək ki, “Telekom” V turun oyununa bu gün çıxacaq. Komandamız “Fənərbaxça” ilə qarşılaşacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə