Qadın voleybolçular arasında İsveçrə çempionatında XVIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Lokomotiv”in rəqibi olan “Volero” “Saqres Nuc”u qəbul edib.
Görüş Natalya Məmmədovanın kapitanı olduğu Sürix təmsilçisinin qələbəsi ilə yekunlaşıb. “Volero” mövsümdə ilk setini uduzsa da, yekunda 3 xala sevinib - 3:1 (23:25; 25:19; 25:16; 25:17).
Bununla da aktivindəki xallarının sayını 54-ə çatdıran sürixlilər vahid liderliklərini davam etdiriblər.
Qeyd edək ki, Çempionlar Liqasının 1/6 final mərhələsinin ilk görüşündə Bakıda 2:3 hesabı ilə uduzan “Volero” “Lokomotiv”lə cavab matçını fevralın 25-də keçirəcək.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə