[b]1/4 finalçılar bilindi[/b]
01.10.2015 - 08:13
[b]1/4 finalçılar bilindi[/b]

Belçika və Hollandiyada keçirilən qadın voleybolçular arasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 finala gedən yolda sensasiya baş verməyib.

 

Gözlənildiyi kimi, İtaliya, Almaniya və Belçika ciddi çətinlik çəkmədən mərhələ adlayıb. Yalnız Polşa tay-brekdə sevinib.

 

Pley-off mərhələsi
30 sentyabr

İtaliya – Xorvatiya – 3:0 (25:22, 25:21, 25:20)
Belçika – Çexiya – 3:1 (25:12, 23:25, 25:21, 25:9)
Belarus – Polşa – 2:3 (17:25, 13:25, 25:22, 25:20, 12:15)
Almaniya – Macarıstan – 3:0 (25:18, 25:17, 25:14)

1/4 final mərhələsi

1 oktyabr
Rusiya – İtaliya
Serbiya – Belçika
Hollandiya – Polşa
Türkiyə - Almaniya

 

Qeyd edək ki, yarışda Azərbaycan millisi mübarizə aparsa da, qrup mərhələsində yarışla vidalaşıb.