Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2017/2018 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, 273 günlük fasilədən sonra klublar ölkə birinciliyində gücünü yoxlayacaqlar.
Qadın voleybolçularım mübarizəsində ötən illə müqayisədə dəyişikliklər edilib. Azərbaycan çempionu “Telekom”un yarışdan kənar qaldığı rəsmiləşib və Gürcüstan klubu 2 ildən sonra yenidən çempionatımızda oynamayacaq. Əvəzində “Abşeron”la Azərbaycan Voleybol Federasiyasının (AVF) klubu marafona qoşulub. İkinci klub əsasən gənclərdən təşkil olunub. “Azəryol”un da tarixin yaddaşına köçdüyünü nəzərə alsaq, 2016/2017 mövsümündən “Azərreyl”lə “Lokomotiv” yeni çempionatda qüvvəsini sınayacaq.
Qadınların yarışı da məhz bu duellə başlayıb. Görüş "Azərreyl"in asan qələbəsi ilə yekinlaşıb - 3:0.
Kişi voleybolçuların yarışında isə “Lokomotiv”, “Neftçi”, MOİK, “Ekspress”, “Naxçıvan” və U-18 gücünü yoxlayacaq.
Mövsümə son birinciliyin qızıl və gümüş mükafatçıları – “Lokomotiv”lə “Neftçi” start verib. "Dəmiryolçular" rəqibinə şans vrməyib - 3:0.
Azərbaycan çempionatı
Qadınlar
I tur
“Lokomotiv” – “Azerreyl” - 0:3 (21:25, 10:25, 13:25)
18:00. Çempionatın açılış mərasimi
Kişilər
“Lokomotiv” – “Neftçi” - 3:0 (25:23, 25:21, 25:21)
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq