[b]7 illik seriya bitdi, “Azərreyl”in tarixində ilk çempionluq[/b]
09.04.2016 - 19:46
[b]7 illik seriya bitdi, “Azərreyl”in tarixində ilk çempionluq[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in çempionluğu ilə başa çatan yarışda “Rabitə”nin 7 illik uğurlu seriyasına son qoyulub.

 

Buna “dəmiryolçular” “Telekom” üzərində qələbə ilə nail olublar. Final seriyasında hər 3 oyunda rəqibinə qalib gələn Bülənt Karslıoğlunun yetirmələri bununla da ölkə çempionatları tarixinə ikinci qızıl medalçı kimi düşüblər.

 

“Azərreyl”in çempionluğu sayəsində artıq tarixin yaddaşına qovuşan “Rabitə”nin hegemonluğu da başa çatıb.

 

Bu medal çempionatımız Super Liqaya çevriləndən sonra “Azərreyl”in tarixində 6-cı mükafat olub. Son iki mövsümdə “Azəryol” adı altında çıxış etmiş komanda 4 dəfə gümüş, 1 dəfə isə bürünc medala yiyələnib.

 

Qeyd edək ki, “Azərreyl” medal qazanmaqla, çempionatlarımız tarixində ikinci ən çox mükafat əldə edən komanda adını qoruyub. Bu siyahıda 7 medalla “Rabitə” hələ ki, əlçatmazdı.

 

 

Mövsüm

Qızıl

Gümüş

Bürünc

2008/2009

Rabitə

Azərreyl

Lokomotiv

2009/2010

Rabitə

Lokomotiv

İqtisadçı

2010/2011

Rabitə

Azərreyl

İqtisadçı

2011/2012

Rabitə

Lokomotiv

Bakı

2012/2013

Rabitə

İqtisadçı, Azərreyl

 

2013/2014

Rabitə

Azəryol

İqtisadçı

2014/2015

Rabitə

Lokomotiv

Azəryol

2015/2016

Azərreyl

Telekom

Lokomotiv