Bakının “Lokomotiv” voleybol klubu heyətdən kənarlaşdırdığı amerikalı Kanani Danielsona əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 26 yaşlı hücumçunun əvəzinə həmyerlisi Sonya Nyukombu transfer ediblər.
Bu, yeni baş məşqçi Karlo Parisinin istəyi ilə rəsmiləşib. Təcrübəli çalışdırıcı güvənə biləcəyi hücumçu axtarışında olduğundan, son anda Nyukombla danışıqlar müsbət yekunlaşıb.
Karyerasında ciddi uğuru olmayan 28 yaşlı voleybolçu Çinin “Everqrand” klubundan gəlib. Puerto-Rika, Fransa, Türkiyə, Almaniya və Rusiyada legioner həyatı yaşayıb, hansısa uğuru əldə edə bilməyən Sonya bir neçə komandada müqaviləsinin sonuna kimi də oynamayıb. Mövsümün ortasında müqaviləyə xitam verilib.
188 sm boya malik hücumçu ilə “Lokomotiv” də cəmi 4 aylıq müqavilə imzalayıb.
Nyukombun bu gün komandasının heyətində debüt edəcəyi də gözlənilir. Bakı təmsilçisi artıq onu Çempionlar Liqasının V turu çərçivəsində “Azərreyl”lə matç üçün sifariş də edib. Yeni transfer “Lokomotiv”də 10 nömrəli formanı geyinəcək.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə