“Azərbaycandan mənə çox ciddi maraq vardı. Mən də risk etmək qərarına gəldim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Rolanda Əliyev deyib.
Valideynləri azərbaycanlı olan, lakin özü Litvada yaşayan 31 yaşlı oyunçu bu ölkənin əsas komandasında oynamaqdan imtina etməsinə aydınlıq gətirib. O bildirib ki, yığmamızı seçməsində maliyyə məsələləri heç bir rol oynamayıb: “Əgər ölkən səni öz millisinə götürmürsə və basketbol oynamaq istəyirsənsə, başqa seçimin yoxdu. Mən də maddi məsələlərə görə deyil, sadəcə oynamaq istəyimə görə Azərbaycanı seçdim. Orada vəziyyət elədi ki, idmanda pul var, lakin basketbol istisnadı. Məktəblər o qədər inkişaf etməyib, yerli liqa gücü ilə seçilmir. Onların qurmaq istədiyi komandada Azərbaycan əsilli basketbolçular, həmçinin milliləşən amerikalılar yer alır. Burada güclü yerli oyunçu yoxdu”.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq