[b]“Azərreyl” – “Azəryol” matçının başlama saatı dəqiqləşdi[/b]
29.03.2016 - 12:01
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yarımfinal mərhələsinin “Azərreyl”lə “Azəryol” arasında keçiriləcək üçüncü oyununun başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 30-da baş tutacaq görüş saat 18:00-da başlayacaq.
Qarşılaşma bu dəfə də Bakı İdman Sarayında olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda komandalar hərəyə bir qələbə qazandığından finalçının adına üçüncü oyunda aydınlıq gələcək.
0
0