[b]“Azərreyl” almaniyalı toppaylayıcı ilə vidalaşdı[/b]
16.01.2018 - 10:26
“Azərreyl” legionerlərindən biri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” almaniyalı toppaylayıcı Maqdelina Qrika ilə vidalaşıblar.
Belə ki, Polşa əsilli voleybolçu yenidən tarixi vətəninə yollanıb. Buna səbəb KSZO-dan gələn cəlbedici təklif olub. Nəticədə “Azərreyl” 24 yaşlı Qrika ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
Qeyd edək ki, mövsümün əvvəlində “dəmiryolçular”a keçən Maqdelina Bakı klubunun heyətində “Çelenc Cup”da 2, Super Liqada 1 matça çıxıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0