“Azərreyl” legionerlərindən biri ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı toppaylayıcı Maqdelina Qrika “Çelenc Cup”da mübarizəni dayandıran “dəmiryolçular”ın düşərgəsini tərk etməyə hazırlaşır.
Polşa mətbuatının iddiasına əsasən, yerli KSZO klubu mövsümün əvvəlində Bakı təmsilçisinə transfer olunan 24 yaşlı voleybolçunun xidmətində maraqlıdı. Hətta tərəflər arasında danışıqların olduğu da bildirilir. Lakin son qərarı “Azərreyl” verməlidi.
Azərbaycan tərəfinin isə onunla müqaviləyə qarşılıqlı şəkildə xitam verməsi də istisna deyil. Çünki artıq beynəlxalq arenada heç bir iddiası qalmayan komanda baş məşqçisi Famil Ağayevi təcrübəli mütəxəssislə əvəzləyərsə, qızıl medal qazanmaları heç də çətin olmayacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq