Bakıda təlim-məşq toplanışında olan İsrailin “Makkabi” klubu Azərbaycan təmsilçiləri ilə növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparacaq Hayfa komandası 2 qarşılaşmadan birində qalib gəlib, digərində məğlubiyyətə üzülüb.
Belə ki, İsrail çempionu Super Liqanın qalibi “Azərreyl”lə görüşdə tay-brekdə sevinib. “Dəmiryolçular”ın əsasən ikinci heyətə güvəndiyi oyun 3:2 hesabı ilə qonaqların xeyrinə bitib.
“Azərreyl”dən fərqli, yalnız ölkə çempionatında oynayacaq “Azəryol” isə növbəti qələbəsini qazanıb. Eldar Yusubovun “sükanı arxasına” keçdiyi Bakı təmsilçisi bu dəfə “Makkabi”ni 3:1 hesabı ilə məğlub edib.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq