“Azərreyl”də “yarpaq tökümü” davam edir. Apasport.az saytının məlumatına görə, macarıstanlı Edina Dobi və serbiyalı Danitsa Radenkoviçin ardınca amerikalı Marten Bettendorf və keniyalı Mersi Moimlə də yollar ayrılıb.
Belə ki, hər 2 voleybolçunun müqaviləsi başa çatdığından onları komandada saxlamaq məqsədəuyğun hesab edilməyib. Bettendorfla Moimə də Dobi və Radenkoviç kimi uğurlar arzulanaraq, yola salınıb.
Super Liqanın gümüş medalçısı hələlik hansısa voleybol ilə güclənməyib.
Qeyd edək ki, “Azərreyl” yeni mövsümdə Azərbaycanı avrokubokda təmsil edəcək yeganə komanda olacaq. Onlar yenidən vaxtilə qazandıqları “Çelenc Cup” üçün oynayacaqlar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq