Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan vitse-çempionu “Azərreyl”in “Ştiinta”ya 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ən yaxşı oyunçusu rəqibin üzvü Adriana Denisa Roqoyinaru seçilib.
Rumınların hücumçusu 20 xal toplamaqla bombardir adına da yiyələnib. Ən yaxşı hücumçu da Roqoyinaru olub. O, hücumda 15 dəfə fərqlənib.
“Azərreyl”in heyətində ən çox xal qazanan oyunçu isə Anna Dovqopolyuk olub. Komandamızın hücumçusu 18 xal toplayıb.
Topu oyuna ən yaxşı daxil edən sözügedən voleybolçudur. Adriana 3 dəfə “eys” xalına sevinib.
Ən yaxşı top qəbul edən də “Ştiinta”nın üzvüdür. Siyahıda Mihaela Albu hamını qabaqlayıb.
Təmsilçimizin oyunçusu Svetlana Dorsman isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 6 dəfə rəqib hücumunun qarşısını alıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq