[b]“Azərreyl”də məşqçi gedişinin səbəbi açıqlandı[/b]
09.01.2016 - 12:00
[b]“Azərreyl”də məşqçi gedişinin səbəbi açıqlandı[/b]

“Azərreyl”in məşqçisi Onat Kurtun komandadan ayrılmasının səbəbi bəlli olub. Apasport.az saytının əldə etdiyi məlumata görə, 2011-ci ildən Bakı klubunda çalışan türkiyəli mütəxəssisin vəzifəsini tərk etməsi yeni müqavilə üçün razılığa gələ bilməməsi olub.

 

Daha öncə buna baş məşqçi Bülənt Karslıoğlunun qərar verdiyi bildirilsə də, əsl səbəbi Kurta təklif olunan yeni müqavilənin şərtləridi. Bununla razılaşmayan türkiyəli komandanın meneceri olan həyat yoldaşı Oksana Kurtla birlikdə “Azərreyl”i tərk edib.

 

Qeyd edək ki, Oksana və Onat Kurtla yanaşı, klubun daha 8 əməkdaşı paytaxt təmsilçisindən ayrılıb.