Qadın həndbolçular arasında keçirilən “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Azəryol” klubu İsveç “Kristianstad”ı ilə ikinci oyununu keçirib.
Qarşılıqlı razılıq əsasında hər iki matçını Bakıda keçirən cütlüyün ilk duelində skandinaviyalılar sevinmişdi – 23:30.
Doğma arenaya bu dəfə nominal ev sahibi qismində çıxan bakılılar ikinci dəfə də məğlubiyyətə üzülüb. Georgi Voronovun yetirmələri 18:27 hesabı ilə uduzub.
Bununla da təmsilçilərimiz mübarizəyə yekun vurub.
“Çelenc Cup”
1/8 final
“Azəryol” (Azərbaycan) - “Kristianstad” (İsveç) – 18:27 (8:12)
Hakimlər: Marina Dupli, Alyona Kaverina (hər ikisi Ukrayna)
EHF nümayəndəsi: Kenan Gökmen (Türkiyə)
“ABU Arena”
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq