Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsində Lüksemburqun “Dudelanj”nı mübarizədən kənarlaşdıran Azərbaycanın “Azəryol” komandasının da rəqibi müəyyənləşib.
Vyanada baş tutan mərasimdə Georgi Voronovun rəhbərlik etdiyi Bakı təmsilçisinin bəxtinə İsveç “Kristianstad” klubu düşüb. Komandalar arasında ilk görüş gələn il fevralın 3-də və ya 4-də Kristianstadda, cavab matçı 1 həftə sonra paytaxtımızda olacaq.
Qeyd edək ki, “Kristianstad” III təsnifat mərhələsində Belçikanın “Femina Vise” klubunu mübarizədən kənarlaşdırıb – 27:13, 25:10.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq