“Azəryol” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, CEV kubokunun yarımfinalında “Dinamo”nun qonağı olacaq Bakı təmsilçisi gözlənilməz hadisə ilə Krasnodarda üzləşib.
Belə ki, komandanın əsas heyət üzvü Ceyran Əliyeva Rusiyaya yollanarkən təyyarədə hərarəti qalxıb. Krasnodarda klubun həkimləri 21 yaşlı liberonu müayinə ediblər və onun qızılcaya tutulduğu məlum olub. Bu səbəbdən də “Azəryol” Əliyevanı Bakıya göndərmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Ziya Rəcəbovun yetirmələri “Dinamo” ilə ilk oyuna sabah çıxacaqlar. Cavab matçı isə martın 12-də Bakıda olacaq.