[b]“Azəryol”un oyunu yenə təxirə salındı[/b]
25.02.2016 - 18:14
[b]“Azəryol”un oyunu yenə təxirə salındı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, XIII tur çərçivəsində sabah keçirilməli olan “Azəryol” – “Gənclik” matçı yenə təxirə salınıb.

 

Oyunun martın 2-də təşkil olunması qərara alınıb. Voleybol Federasiyasının idman zalında keçiriləcək görüş saat 16:00-da başlayacaq.

 

Qeyd edək ki, “Azəryol” – “Gənclik” oyunu bundan öncə 2 dəfə də təxirə salınmışdı.