Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsində iştirak edəcək bütün klublar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsində Lüksemburqun “Dudelanj”nı mübarizədən kənarlaşdıran Azərbaycanın “Azəryol” komandasının da potensial rəqibləri bilinib.
Belə ki, Bakı təmsilçisi ikinci səbətdə yer alacaq. Komandamızın potensial rəqiblərinin hamısı demək olar ki, həndbol ənənəsi ilə seçilən ölkələrin təmsilçiləridi.
I səbət
“Lokomotiva” (Xorvatiya)
“Rokasa Qran Kanarya” (İspaniya)
“Selqros Lublin” (Polşa)
“Ardesen” (Türkiyə)
“Virto/Quintus” (Hollandiya)
“Kristianstad” (İsveç)
“Zağnosspor” (Türkiyə)
“Malaqa” (İspaniya)
II səbət
“Yaqodina” (Serbiya)
“Alavarium” (Portuqaliya)
“AZƏRYOL” (Azərbaycan)
“Barros” (Portuqaliya)
“Naisa Nis” (Serbiya)
ACME-Jalqiris (Litva)
“Boden” (İsveç)
PAOK (Yunanıstan)
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq