[b]“Azəryol”un rəqibini kubokdan kənarlaşdırdılar[/b]
18.02.2016 - 11:02
[b]“Azəryol”un rəqibini kubokdan kənarlaşdırdılar[/b]

Qadın voleybolçular arasında İtaliya kubokunun 1/4 final oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda “Azəryol”un CEV kubokunun “Çelenc raund”unda rəqibi olan “Novara” da meydana çıxıb.

 

Qarşılaşma rəqibimiz üçün uğursuz alınıb. Ötən həftə Bakıda 1:3 hesabı ilə uduzan “Novara” bu dəfə “Foppapedretti” qarşısında aciz qalıb – 0:3 (18:25; 21:25; 18:25). Məğlubiyyət onların yarışla vidalaşması ilə nəticələnib.

 

Qeyd edək ki, “Novara”nın “Azəryol”la cavab qarşılaşması fevralın 23-də olacaq.