[b]“Dinamo” sabah Bakıya gələcək[/b]
10.03.2016 - 12:41
[b]“Dinamo” sabah Bakıya gələcək[/b]

Krasnodarın “Dinamo” klubunun Azərbaycana gələcəyi tarix məlum olub. Apasport.az saytının məlumatına görə, CEV kubokunun yarımfinal mərhələsi çərçivəsində Bakı “Azəryol”u ilə qarşılaşacaq ruslar paytaxtımıza matçdan bir gün öncə təşrif buyuracaqlar.

 

Onların martın 11-də səhər saatlarında Bakıda olacağı bildirilir.

 

Qeyd edək ki, “Azəryol” – “Dinamo” görüşü martın 12-də saat 18:00-da “Azərreyl” İdman Bazasında start götürəcək. İlk matçda rəqib 3:0 hesabı ilə qalib gəlib.