[b]“Fənərbaxça” Bakıda mərkəz yaradır[/b]
29.12.2015 - 09:05
[b]“Fənərbaxça” Bakıda mərkəz yaradır[/b]

Türkiyənin "Fənərbaxça" basketbol klubu Bakıda mərkəzini açmağa hazırlaşır. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, mərkəzin koordinatorluğu bu günlərdə qonşu ölkədən qayıdan Azərbaycan millisinin üzvü Amil Həmzəyevə həvalə edilib. 

 

Yeni ildən işə başlayacaq mərkəzdə basketbol məşqlərinə 6-14 yaş arası istedadlı uşaqlar cəlb olunacaqlar.