Hakan Şükür, Okan Buruk və Əmrə Belözoğludan sonra daha bir türkiyəli futbolçu İtaliyanın “İnter” klubunun formasını geyinəcək. Apasport.az “Ajansspor”a istinadən xəbər verir ki, Caner Erkinin “neradzurra”ya keçəcəyi dəqiqləşib.
“Fənərbaxça”nın baş məşqçisi Vitor Pereyranı sərt tənqid etdikdən sonra heyətdən kənarlaşdırılan 28 yaşlı müdafiəçi üzr istəməsinə baxmayaraq, bağışlanılmamışdı.
“Sarı-lacivərtlilər”ə qayıdışı mümkün olmayan Canerin “İnter”lə razılığa gəldiyi bildirilir. Türkiyə yığmasının da üzvü olan futbolçu başqa təkliflər də almasına baxmayaraq, “neradzurra”nı seçib. O, Milan təmsilçisi ilə yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, karyerası ərzində “Manisaspor”, MOİK (Rusiya) və “Qalatasaray” klublarının da formasını geyinmiş Caner 2010-cu ildən “Fənərbaxça”nın uğurları üçün çalışırdı.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq