Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda II tur çərçivəsində baş tutan görüşdə “Azərreyl” və “Lokomotiv”in rəqiblərindən – “Dinamo” (Kazan, Rusiya) “Ştutqart”la (Almaniya) qüvvəsini sınayıb.
Almaniyada təşkil olunan görüş şimal qonşularımızın darmadağını ilə başa çatıb – 3:0 (25:17; 25:20; 25:22).
Bu qələbə Kazan təmsilçisinin işinə yarayıb. Onlar ilk turun nəticəsinə əsasən turnir cədvəlinə başçılıq edən “Azərreyl”in “Lokomotiv”ə 1:3 hesabı ilə uduzmasından istifadə edərək, liderliyi ələ keçiriblər.
|
1 |
Dinamo |
2 |
2 |
0 |
6-1 |
173-149 |
6 |
|
2 |
Azərreyl |
2 |
1 |
1 |
4-3 |
156-156 |
3 |
|
3 |
Lokomotiv |
2 |
1 |
1 |
4-4 |
187-179 |
3 |
|
4 |
Ştutqart |
2 |
0 |
2 |
0-6 |
118-150 |
0 |
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub