Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında əsas mərhələnin son oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, XX tur çərçivəsində “Tbilisi” “Lokomotiv” ilə üz-üzə gəlib.
Görüş hər iki komanda üçün formal xarakter daşısa da, “dəmiryolçular” rəqiblərinə şans verməyiblər. Karlo Parisin yetirmələri asan qələbəyə seviniblər.
“Tbilisi” 3 hissəyə cəmi 27 dəqiq zərbə vura bilib. Bu qələbə isə “Lokomotiv”i yarımfinala ikinci yerin sahibi kimi yüksəldib. Belə ki, “Telekom”la xallar bərabər olsa da, “dəmiryolçular” set fərqində rəqibini qabaqlayıb.
Onlar turnir cədvəlində irəliləməsinə baxmayaraq, finala gedən yolda yenə “Telekom”la qarşılaşacaqlar. Digər yarımfinal cütündə isə “Azərreyl”lə “Azəryol” üz-üzə gələcək.
“Gənclik” və “Tbilisi” isə yarışla vidalaşıblar.
20 mart
XX tur
“Tbilisi” – “Lokomotiv” – 0:3 (13:25, 3:25, 11:25)
Voleybol Federasiyasının idman zalı
I dövrə: “Tbilisi” - “Lokomotiv” - 0:3 (11:25; 16:25; 8:25)
II dövrə: “Tbilisi” – “Lokomotiv” 0:3 (7:25; 8:25; 14:25)
III dövrə: “Lokomotiv” – “Tbilisi” - 3:0 (25:11; 25:20; 25:5)
|
Yer |
Komanda |
O |
Q |
M |
3:0 |
3:1 |
3:2 |
2:3 |
1:3 |
0:3 |
S/F |
T/F |
X |
|
1 |
Azərreyl |
20 |
15 |
5 |
13 |
1 |
1 |
2 |
2 |
1 |
51-18 |
1631-1294 |
46 |
|
2 |
Lokomotiv |
20 |
14 |
6 |
10 |
1 |
3 |
2 |
1 |
3 |
47-25 |
1637-1382 |
38 |
|
3 |
Telekom |
20 |
14 |
6 |
8 |
4 |
2 |
1 |
2 |
3 |
46-26 |
1666-1421 |
41 |
|
4 |
Azəryol |
20 |
12 |
8 |
8 |
2 |
2 |
4 |
3 |
1 |
47-30 |
1757-1526 |
38 |
|
5 |
Gənclik |
20 |
5 |
15 |
2 |
2 |
1 |
0 |
0 |
15 |
15-49 |
1135-1492 |
14 |
|
6 |
Tbilisi |
20 |
0 |
20 |
0 |
0 |
0 |
0 |
2 |
18 |
2-60 |
834-1545 |
0 |