[b]“Lokomotiv”dən qovulan voleybolçu: Haqsızlıqla üzləşdim...[/b]
19.01.2016 - 11:27
[b]“Lokomotiv”dən qovulan voleybolçu:  Haqsızlıqla üzləşdim...[/b]

“Lokomotiv”dən ayrılsam da, özümü yaxşı hiss edirəm. Hansısa bir problemim yoxdu”. Bu sözləri apasport.az saytına “Lokomotiv”in sabiq voleybolçusu Kanani Danielson deyib.

 

Az öncə komandadan qovulan amerikalı hücumçu komandadan ayrılmasına münasibət bildirib.

 

26 yaşlı Danielsonun sözlərinə görə, Bakı təmsilçisi ona qarşı haqsızlıq etsə də, o “Lokomotiv”ə azarkeşlik etməyə davam edəcək: “Mən indi başa düşdüm ki, Azərbaycan milləti çox yaxşıdı və azarkeşləri də istiqanlıdı. Oradakı həyatımdan razı idim. “Lokomotiv”də birgə oynadığım qızlarla əlaqəmiz davam edir. Onlarla tez-tez danışıram. Hamısı mənim rəfiqələrimdi. Hər birinə ancaq uğurlar arzulayıram. Güclü olsunlar, qələbələr qazanmaqla mövsümü major notlarla başa vursunlar”.

 

Qeyd edək ki, Danielson mövsümün əvvəlində “Lokomotiv”ə transfer olunmuşdu. Lakin komanda rəhbərliyi ilin ortasında amerikalı ilə müqaviləyə xitam verib.