Qadın voleybolçulardan ibarət Çexiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın almaniyalı baş məşqçisi Aleksandr Vaybl iyunda start götürəcək Qran-pri üçün açıqladığı siyahıya Azərbaycan Super Liqasının bombardiri Aneta Havlikovanın adını daxil etməyib.
Çalışdırıcı bunu hücumçunun istirahət ehtiyacı olması ilə əlaqələndirib. Havlikova özü Vaybldan xahiş edib ki, avqusta kimi ona dəvət göndərməsin.
Qeyd edək ki, çexiyalının “dəmiryolçular”la müqaviləsi mayın sonunda başa çatacaq. Lakin o, son 5 ayın maaşını hələ ala bilməyib. Havlikova bu səbəbdən də “Lokomotiv”dən Avropa Voleybol Konfederasiyasına şikayət edib.