“Lokomotiv”in yeni mövsümdə çıxışını davam etdirməyəcəyi təsdiqini tapmaqdadı. Apasport.az saytının əldə etdiyi məlumata görə, komanda artıq Biləcəridə yerləşən bazasını boşaltmağa start verib.
Komanda rəhbərliyi burada özünün aldığı bütün ləvazimatları geri götürür. Hətta tibbi avadanlıq, top və paltaryuyan maşınlar belə “Lokomotiv” İdman Sağlamlıq Mərkəzindən daşınıb. Bazanın bu günlərdə balansında olduğu “Azərbaycan Dəmir Yolları” QSC-yə təhvil verməsi gözlənilir.
Lakin əldə etdiyimiz digər məlumata görə, komandanın yeni sponsora verilməsi də istisna deyil. Klubun prezidenti Elnar Əsgərov komandanı təhvil verdikdən sonra buraya yeni rəhbərliyin gətirilməsi gözlənilir.
Hər halda, təxminən 800 min dollara yaxın borcu olan komandanın çətin durumdan çıxması üçün yollar axtarılır. Məqsəd 8 yaşlı klubun “Şirvan”, “İqtisadçı”, “Bakı”, “Nəqliyyatçı” və “Rabitə”nin taleyini yaşamamasıdı.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq