İsrailin qadınlardan ibarət “Makkabi” voleybol klubu Bakıda hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, ölkəsinin çempionu olan Hayfa təmsilçisi paytaxtımızda yoldaşlıq görüşləri də keçirir.
Belə ki, “Makkabi” artıq “Azərreyl” və “Azəryol”un gücünü yoxlayıb. Qonaqlar “dəmiryolçular”a 0:3 hesabı ilə məğlub olsalar da, “yolçəkənlər”ə 3:2 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu il Çempionlar Liqasında oynayacaq “Makkabi” Bakıda təlim-məşq toplanışını davam etdirir. Yarışa II təsnifat mərhələsindən qoşulacaq israillilər Bakı klubları ilə daha bir neçə yoxlama matçı da keçirəcəklər.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq