[b]“Novara” “Azəryol”u qalib kimi gözləyir[/b]
22.02.2016 - 10:09
[b]“Novara” “Azəryol”u qalib kimi gözləyir[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XVIII tur çərçivəsində “Azəryol”un CEV kubokundakı rəqibi “Novara” “Montiçiari”nin qonağı olub.

 

Görüş qonaqların asan qələbəsi ilə yekunlaşıb. Rəqibimiz yalnız sonuncu hissədə ciddi müqavimətlə üzləşib - 3:0 (25:18, 25:13, 25:22).

 

“Novara” bu qələbədən sonra 3-cü pilləyə yüksəlib. Aktivində 40 xalı olan rəqibimiz lider “Konelyano”dan 6 xal geri qalır.

 

Qeyd edək ki, “Novara” “Çelenc raund”da “Azəryol”a ilk matçda 1:3 hesabı ilə uduzub. Komandalar cavab oyununa fevralın 23-də İtaliyada çıxacaqlar.