[b]“Azərreyl” və "Telekom"dan rahat qələbə - YENİLƏNİB[/b]
26.03.2016 - 21:42
[b]“Azərreyl” və "Telekom"dan rahat qələbə - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının həlledici mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, çempionatda yarımfinalının ilk 2 qarşılaşması baş tutub.

 

İlk olaraq meydana “Telekom”la və “Lokomotiv” çıxıblar. 2 qələbəyədək davam edəcək yarımfinal seriyaların ilk oyunları Bakı İdman Sarayında keçirilib. Qarşılaşma "rabitəçilər"in 3:1 hesablı rahat qələbəsi ilə başa çatıb. "Telekom" ilk iki seti asanlıqla qazanıb - 16:25 və 15:25. Üçüncü setdə "dəmiryolçular" qalib gəlsələr də, bundan artığına gücləri çatmayıb. Həlledici hissədə daha yaxşı oynayan nominal qonaqlar qarşılaşmadan qalib ayrılaraq, finala doğru bir addım atıb. 

 

Günün digər matçında isə "Azərreyl" "Azəryol"u məğlub edib. Bu oyunda da ilk qarşılaşmadakı ssenari yaşanıb. "Dəmiryolçular" ilk iki setdə qalib gələrək, üçüncü seti əldən veriblər. Maraqlıdı ki, hər üç hissədə eyni hesab qeydə alınıb - 25:22, 25:22 və 22:25. Həlledici məqamda isə "Azərreyl" daha üstün oynayıb və yarımfinal seriyasının ilk matçından qələbə ilə ayrılmağı bacarıb.

 

Qeyd edək ki, komandalar ikinci görüşlərini martın 28-də keçirəcəklər.

 

Yarımfinal mərhələsi

26 mart

I oyunlar

“Lokomotiv” - “Telekom” - 1:3 (16:25, 15:25, 25:20, 21:25)

 

“Azərreyl” – “Azəryol” - 3:1 (25:22, 25:22, 22:25, 25:15)