“Telekom” qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni tarix yazıb. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin rəhbərlik etdiyi 3 yaşlı komanda ölkə çempionatlarının ilk medalına qovuşub.
Komanda final seriyasının hər üç görüşündə “Azərreyl”ə məğlub olsa da, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gümüş medal Bakı təmsilçisinin tarixinə ilk mükafat kimi düşüb.
Bununla da, “Telekom” Azərbaycan çempionatları tarixinə yeni mükafatçı kimi düşüb. 2008/2009 mövsümündən Super Liqaya çevrilən yarışın əvvəlki 7 mövsümündə 5 klub fəxri kürsüdə yer almışdı. “Telekom” bu siyahıya 6-cı komanda kimi daxil olub.
Qeyd edək ki, Zoran Qayiçin komandası əvvəlki 2 mövsümdə müvafiq olaraq, 6-cı və 5-ci yerləri tutub.
|
Yer |
Klub |
Q |
G |
B |
C |
|
1 |
Rabitə* |
7 |
0 |
0 |
7 |
|
2 |
Azərreyl |
1 |
4 |
1 |
6 |
|
3 |
Lokomotiv |
0 |
3 |
2 |
5 |
|
4 |
İqtisadçı* |
0 |
1 |
3 |
4 |
|
5 |
Bakı |
0 |
0 |
1 |
1 |
|
6 |
Telekom |
0 |
1 |
0 |
1 |
|
Cəmi |
|
8 |
9** |
7 |
24 |
* işarəsi olan klublar fəaliyyətini dayandırıb.
** 2013/2014 mövsümündə 2 gümüş medal verilib, bürünc medal olmayıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq