Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yarımfinal mərhələsinin II oyunları çərçivəsində keçirilən “Telekom” - “Lokomotiv” görüşünün statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələrinin 3:2 hesabı ilə qalib gəldiyi matçın bombardiri Aneta Havlikova olub.
O, komandasına 28 xal qazandırsa da, finala daşıya bilməyib. “Telekom”un kapitanı Ana Piriyeva (Kleger) isə çexiyalı hücumçudan 1 xal geri qalıb.
O, blokda da liderlərdən olub. Ana və “Lokomotiv”in orta sahə voleybolçusu Aleksandra Çrnçeviç hərəyə 4 hücumun qarşısını alıblar. Serbiyalı blokçu ümumilikdə aktivinə 15 xal yazdırıb.
“Lokomotiv”in digər voleybolçularına gəlincə, Sonya Nyukomb 22, Yaroslava Pencova 4, Berit Kauffeldt 3 və Yana Əzimova 1 dəqiqə zərbə vurub.
Zoran Qayiçin yetirmələrindən isə Yelizaveta Səmədova 22, Kseniya İvanoviçin 16, Olena Həsənova ilə Qabriela Koeva hərəyə 8, Lusi Mulsteynova 3 və Aleksandra Petroviç 1 xal yığıb.
Qeyd edək ki, “Telekom” ilk oyunda da 3:1 hesabı ilə qalib gəldiyindən finala vəsiqə qazanıb. “Lokomotiv” isə üçüncü yer uğrunda oynayacaq.